Yuxarı

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi təxirə salınıb

Bakı. 3 aprel. REPORT.AZ/ Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatının müzakirəsi təxirə düşüb.

“Report” xəbər verir ki, hesabat Milli Məclisin aprelin sonunda keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, hesabatın Milli Məclisin bu gün - aprelin 3-də keçiriləcək plenar iclasında təqdim edilməsi nəzərdə tutulurdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi