Parlament Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihəni təsdiqlədi

Parlament Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihəni təsdiqlədi Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb
Milli Məclis
27 May , 2021 15:54
Parlament Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihəni təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi