Parlament uşaqların qohumları tərəfindən övladlığa götürülməsi layihəsini I oxunuşda təsdiqlədi

Parlament uşaqların qohumları tərəfindən övladlığa götürülməsi layihəsini I oxunuşda təsdiqlədi Dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq
Milli Məclis
167
12 Fevral , 2021 16:19
Parlament uşaqların qohumları tərəfindən övladlığa götürülməsi layihəsini I oxunuşda təsdiqlədi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında Ailə Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə,dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi