Parlament seçkiləri günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq

Parlament seçkiləri günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda, "qaynar xətt"ə zəng etməklə məlumat verə biləcəklər
Milli Məclis
29 Oktyabr , 2015 16:57
Parlament seçkiləri günü Mətbuat Şurasında qaynar xətt yaradılacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası noyabrın 1-də keçiriləcək parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq. Bu barədə "Report"a Şuradan məlumat verilib. 

Məlumata görə, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılan şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional KİV-lərin əməkdaşları da cəlb olunub. Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub. Şuranın İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər.

Bundan başqa, Mətbuat Şurasının (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri noyabrın 1-də "qaynar xətt" rejimində fəaliyyət göstərəcək. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda, həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.

Məlumata görə, Mətbuat Şurası seçki günü Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə, çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

Son xəbərlər

Orphus sistemi