Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin 1202-nin namizədliyi təsdiqlənib

Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin 1202-nin namizədliyi təsdiqlənib Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub”.
Milli Məclis
28 Dekabr , 2019 16:00
Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin 1202-nin namizədliyi təsdiqlənib

"Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub”.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb: “124 nəfəri qaytarıb, 16-sı isə qeydə alınıb. 56 nəfər seçkilərdə iştirakını dayandırıb”.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib. Onlardan 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb. 13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. 56 nəfər seçki prosesindən imtina edərək namizədliyini geri götürüb.

Son xəbərlər

Orphus sistemi