Parlament seçkiləri ilə əlaqədar 5 375 967 bildiriş çap olunacaq

Parlament seçkiləri ilə əlaqədar 5 375 967 bildiriş çap olunacaq Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq bildirişlərin sayı açıqlanıb.
Milli Məclis
28 dekabr 2019 10:35
Parlament seçkiləri ilə əlaqədar 5 375 967 bildiriş çap olunacaq

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar çap olunacaq bildirişlərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, 2020-ci ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

Qeyd olunub ki, parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək. 

Son xəbərlər

Orphus sistemi