MSK sədri: “Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib”

MSK sədri: “Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib” “Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı da müsbət cavab alıb”.
Milli Məclis
13 Yanvar , 2020 12:46
MSK sədri: “Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib”

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı da müsbət cavab alıb”.

“Report” xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, qeydiyyatdan keçən müşahidəçilərin 1630-u yerli müşahidəçilərdir:

“Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assemblyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir”.

Son xəbərlər

Orphus sistemi