Parlament Cinayət Məcəlləsinə dəyişiklik layihəsini I oxunuşda qəbul etdi

Parlament Cinayət Məcəlləsinə dəyişiklik layihəsini I oxunuşda qəbul etdi Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
19 İyun , 2020 13:43
Parlament Cinayət Məcəlləsinə dəyişiklik layihəsini I oxunuşda qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”xəbər verir ki, Məcəlləyə təklif olunan dəyişikliklə, ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

Belə ki, Məcəlləyə edilən dəyişikliklə, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi