“Parlament - 2015” koalisiyası seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatı təqdim edib - ƏLAVƏ OLUNUB

“Parlament - 2015” koalisiyası seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatı təqdim edib - ƏLAVƏ OLUNUB Monitorinqin aparılması üçün 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinə ezam edilib
Milli Məclis
29 Oktyabr , 2015 15:42
“Parlament - 2015” koalisiyası seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatı təqdim edib - ƏLAVƏ OLUNUB

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Parlament - 2015” Seçki Monitorinq Koalisiyası Milli Məclisə noyabrın 1-nə keçirilən seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatını təqdim edib.

“Report” xəbər verir ki, bununla bağlı mətbuat konfransında koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, monitorinq 118 seçki dairəsini əhatə edib. 

O qeyd edib ki, monitorinqin həyata keçirilməsi üçün 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinə ezam edilib: “Onların hazırladığı məlumatlar toplanaraq müqayisəli şəkildə təhlil edilib”. 

R.Qonaqov bildirib ki, monitorinq aparılmış bütün dairə və seçki məntəqələrinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilib: “Paramentdə təmsil olunan bütün siyasi partiyalar və bitərəf deputatları təmsil edən nümayəndələr komissiyalarda təmsil olunublar. Bütün tərəflərin seçkilərdə bərabər iştirakı təmin edilib. Dairə seçki komissiyaları zəruri texnika və avadanlıqlarla təmin edilib. Səsvermə kabinələri seçicilərin rahat gəlib səs verə biləcəyi yerlərdə yerləşdirilib. Seçici siyahıları təkmilləşdirilib və Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Komissiyanın sosial şəbəkədə də səhifəsi var və mütəmadi olaraq orada məlumatlar yerləşdirilir”. 

Koalisiyanın üzvü, iqtisadçı Vüqar Bayramov namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edildiyini bildirib və namizədlərin imzatoplama kampaniyası zamanı hər hansı maneə ilə üzləşmədiyini vurğulayıb. 

O qeyd edib ki, namizədlərin qeydiyyatı prosesində aşkarlığın və şəffaflığın təmin edilməsi məqsədilə qeydə alınan namizədlər barəsində məlumatlar MSK-nın saytında yerləşdirilib. MSK-ya edilən müraciətlərə şəffaf və qanunvericiliyə uyğun şəkildə baxılıb.

Koalisiyanın üzvü İbrahim Əliyev bildirib ki, seçkiqabağı təşviqat üçün geniş imkanlar yaradılıb, təşviqat materiallarının yerləşdirilməsi üçün seçicilərin gur olduğu və yaxşı görünən yerlərdə çoxsaylı təşviqat lövhələri yerləşdirilib və həmin materialların qanunla icazə verilən digər yerlərdə yerləşdirilməsi imkanları təmin edilib: “Görüşlərin səmərəli təşkili məqsədilə ölkədə əvvəlcədən müəyyən edilmiş 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yerlər ayrılıb. Eyni zamanda, seçicilərlə onların yaşayış yerləri üzrə görüşlər üçün geniş imkanlar yaradılıb və namizədlərin bu imkanlardan bərarbər şəkildə istifadə etməsi təmin olunub”. 

Mətbuat konfransında qeyd olunub ki, monitorinqin nəticələri namizədlər tərəfindən seçki komissiyalarına daxil olunmuş şikayət və müraciətlərə qanunvericiliyə uyğun şəkildə baxıldığını və müvafiq qərarlar qəbul edildiyini göstərir. 

Müraciətlərə və şikayətlərə baxılan zaman beynəlxalq standartlar, aşkarlıq, obyektivlik və qərəzszlik kimi prinsiplər əsas götürülüb. Bildirilib ki, yerli və beynəlxalq müşahidəçilər akreditasiyadan keçməklə seçki prosesini maneəsiz müşahidə etmək hüququ əldə ediblər. Yekun olaraq qeyd olunub ki, koalisiya tərəfindən keçirilən rəy sorğuları zamanı respondentlərin əksəriyyəti seçki prosesinin ümimilikdə demokratik mühitdə cərəyan etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi