Pakistan Milli Assambleyasının sədri: "Əsrlər boyu əcdadlarımız bir-birinin yurdlarında gəzib, bizi birləşdiriblər"

Pakistan Milli Assambleyasının sədri: "Əsrlər boyu əcdadlarımız bir-birinin yurdlarında gəzib, bizi birləşdiriblər" “Mən Xəzər dənizinin sahilində dayanaraq bizim birləşdiyimizi görürəm. Əsrlər boyu əcdalarımız bir-birinin yurdlarında gəzib, bizi birləşdiriblər”.
Milli Məclis
17 May , 2022 15:32
Pakistan Milli Assambleyasının sədri: Əsrlər boyu əcdadlarımız bir-birinin yurdlarında gəzib, bizi birləşdiriblər

“Mən Xəzər dənizinin sahilində dayanaraq bizim birləşdiyimizi görürəm. Əsrlər boyu əcdadlarımız bir-birinin yurdlarında gəzib, bizi birləşdiriblər”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf deyib.

Onun sözlərinə görə, regionumuz eyni taleyi bölüşür:

“Biz regional problemlərin həllini kənarda axtarırıq. Dünyanın enerji sərvətinin əsas hissəsinə nəzarət edən 17 ölkədən 3-ü İƏT regionunda yerləşir. Xalqlarımız münaqişə içində yaşayırlar. Biz konsesus yaratmalı və regionumuz üçün rifahın yeni səhifəsini yaratmağa töhfə verməliyik”.

Son xəbərlər

Orphus sistemi