PA-nın şöbə müdiri: "Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir"

PA-nın şöbə müdiri: "Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir" “Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.
Milli Məclis
1 May , 2020 11:14
PA-nın şöbə müdiri: Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir
Ədalət Vəliyev / Report
0 : 00
0 : 00

“Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir:

“Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”.

Son xəbərlər

Orphus sistemi