“Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat müşahidə olunmaqdadır. Hər il dövlət büdcəsində bu istiqamətdə ayrılan vəsait artırılır”.
“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ötən ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün 80 milyon manatdan artıq vəsait ayrılıb.