Azərbaycanda pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatları açıqlanıb.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Qeyd edilib ki, 2021-ci ildə ölkədə pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaya görə 5 fakt aşkar edilib.
Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah- aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.