Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub

Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri üzrə vurulan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci il ərzində istintaqı başa çatdırılan işlər üzrə 101 373,6 min manat məbləğində əmlak üzərinə h
Milli Məclis
145
9 Mart , 2022 13:55
Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri üzrə vurulan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci il ərzində istintaqı başa çatdırılan işlər üzrə 101 373,6 min manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

"Report"un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, müvafiq dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Belə ki, Baş İdaranin fəaliyyəti ilə bilavasitə əlaqədar olan müxtəlif normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi