“Report” xəbər verir ki, Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.
O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub.
Z.Oruc bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdır: “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti açıqlama verdi. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.
Milli Məclisin sədri