Yuxarı

Oqtay Əsədov: "Yeni medal olarsa, dizaynını Elmira Axundova verər..."

Deputat: Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı layihə təqdim olunarkən şəkillər keyfiyyətsiz olur
Milli Məclisin sədri Oqtay Əsədov və deputat Elmira Axundova

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

O bildirib ki, bu, hörmətsizlikdir: “Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, yeni medal olarsa, dizaynını E.Axundova verər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi