Oqtay Əsədov: “Milli Məclisin yaz sessiyasında uğurla işləyəcəyimizə əminəm”

Oqtay Əsədov: “Milli Məclisin yaz sessiyasında uğurla işləyəcəyimizə əminəm” Spiker qeyd edib ki, Milli Məclisin yaz sessiyasında hökumətin hesabatı dinləniləcək
Milli Məclis
1 Fevral , 2018 12:09
Oqtay Əsədov: “Milli Məclisin yaz sessiyasında uğurla işləyəcəyimizə əminəm”

Bakı. 1 fevral. REPORT.AZ/ “Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzadığını xatırladıb: “Xüsusi iclas iyunun 8-də keçiriləcək. Bu istiqamətdə iş aparılır”.

Spiker qeyd edib ki, Milli Məclisin yaz sessiyasında hökumətin hesabatı dinləniləcək. O.Əsədov Azərbaycan İnsan Hüquqlarının müvəkkilinin hesabatının da dinləniləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi