Oqtay Əsədov deputatların təklifinə etiraz edib: “Belə olmaz axı..”

Oqtay Əsədov deputatların təklifinə etiraz edib: “Belə olmaz axı..” Bakı. 12 iyun. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov deputatların “Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.
Milli Məclis
12 İyun , 2018 16:52
Oqtay Əsədov deputatların təklifinə etiraz edib: “Belə olmaz axı..”
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov deputatların “Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət “Təhsil haqqında” qanun qəbul olunmayıb. 

“Nəhayət, qanun qəbul edildi. İndi də deyirlər qanun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmasa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı. Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq...” - deyə parlamentin sədri vurğulayıb.

Qeyd edək ki, bəzi deputatlar hazırkı “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildiriblər, onlar qanunun yenidən hazırlanmasını təklif ediblər.

Son xəbərlər

Orphus sistemi