Oqtay Əsədov deputatları bir-birinə qarşı dözümlü olmağa çağırıb

Oqtay Əsədov deputatları bir-birinə qarşı dözümlü olmağa çağırıb Bakı. 1 oktyabr. REPORT.AZ/ “Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı parad keçirildi. Bu, Rusiya meyilli siyasətçiləri, o cümlədən də deputat Araz Əlizadəni qıcıqlandırmışdı. Mənim çıxışımda Araz Əlizadəni qıcıqlandıran o idi ki, demişdim, Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır”.
Milli Məclis
1 Oktyabr , 2018 13:50
Oqtay Əsədov deputatları bir-birinə qarşı dözümlü olmağa çağırıb
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı parad keçirildi. Bu, Rusiya meyilli siyasətçiləri, o cümlədən də deputat Araz Əlizadəni qıcıqlandırmışdı. Mənim çıxışımda Araz Əlizadəni qıcıqlandıran o idi ki, demişdim, Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır”.

“Report”un xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev parlamentin oktyabrın 1-də keçirilən ilk plenar iclasında deyib. 

O qeyd edib ki, Araz Əlizadə indiki çıxışları ilə keçmişini unutdura bilməz, onun hara bağlı olduğunu hər kəs yaxşı bilir: “Araz Əlizadənin sabiq prezident Ayaz Mütəllibovla əlaqəsini, 1990-cı illərdə parlamentdəki çıxışlarını yaxşı xatırlayırıq”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq deyib ki, bir-birinizə qarşı dözümlü olun: “Sözümüz varsa, ümumi danışmayaq. Heç kəsin xətrinə dəymək istəmirəm. Bir-birinizə qarşı dözümlü olun”.

Son xəbərlər

Orphus sistemi