Oqtay Əsədov deputatlara xəbərdarlıq edib

Oqtay Əsədov deputatlara xəbərdarlıq edib Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.
Milli Məclis
1 Fevral , 2019 17:17
Oqtay Əsədov deputatlara xəbərdarlıq edib

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

"Report"un xəbərinə görə, spiker hər kəsə işində diqqətli olmağı tapşırıb: 

“Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornan millət vəkili etməyiblər. Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Odur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur”, - deyə O.Əsədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi