Oqtay Əsədov: “ABŞ-ın digər ştatlarında da Xocalı soyqırımı ilə bağlı müvafiq addımların atılacağına inanırıq”

Oqtay Əsədov: “ABŞ-ın digər ştatlarında da Xocalı soyqırımı ilə bağlı müvafiq addımların atılacağına inanırıq” Milli Məclisin (MM) Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis
15 Noyabr , 2019 17:38
Oqtay Əsədov: “ABŞ-ın digər ştatlarında da Xocalı soyqırımı ilə bağlı müvafiq addımların atılacağına inanırıq”

Milli Məclisin (MM) Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Spiker qonaqların Dünya dini liderlərinin II Bakı Sammitində iştirakını yüksək dəyərləndirib.

O bildirib ki, Azərbaycan təkcə Federal səviyyədə deyil, ABŞ-ın ştatları ilə də münasibətlərin inkişafına böyük maraq göstərir.

Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu vurğulayıb:

“ATƏT-nin Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ problemin çözülməsinə öz töhfəsini verə bilər. ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımına münasibət bildirib, digər ştatlar tərəfindən də müvafiq addımların atılacağına inanırıq”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Raymond Skot Seyls Dünya dini liderlərinin Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olduqlarını deyib. Tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi