Ombudsman gələn ilin dövlət büdcəsi ilə bağlı təkliflərlə çıxış edib

Ombudsman gələn ilin dövlət büdcəsi ilə bağlı təkliflərlə çıxış edib Elmira Süleymanova: “Şəhid ailələrinə sığorta pulunun ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir”
Milli Məclis
13 Noyabr , 2017 13:08
Ombudsman gələn ilin dövlət büdcəsi ilə bağlı təkliflərlə çıxış edib

Bakı. 13 noyabr. REPORT.AZ/ “Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışılıb. Amma heç bir irəliləyiş yoxdur. Belə olsa məhbuslar üçün də yaxşı olar. Məsələn, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bir sıra təkliflərlə çıxış edib: “Şəhid ailələrinə sığorta pulunun ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu insanların öz hüquqlarını müdafiə etməsi baxımından çox vacib addım olardı”.

Son xəbərlər

Orphus sistemi