Ombudsman analara yeni hüquq verilməsini istəyir

Ombudsman analara yeni hüquq verilməsini istəyir Uşağa bilavasitə qulluq edən ana buna görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır.
Milli Məclis
24 Aprel , 2020 12:09
Ombudsman analara yeni hüquq verilməsini istəyir
0 : 00
0 : 00

"Uşağa bilavasitə qulluq edən ana buna görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır".

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səbinə Əliyeva “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi”ni təqdim edən zaman deyib.

Ombudsman həmçinin, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun olmasının zəruriliyini də vurğulayıb.

Ombudsman Əmək Məcəlləsinin 127-ci maddəsinə üçüncü hissənin əlavə edilməsini təklif edib:

“Uşağa qulluq edən ana yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərkən bu, birinci hissəsində göstərilən müddəti daha az, lakin 6 aydan az olmayan müddətlə əvəz edə bilər. Bu halda uşağa qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə verilən müavinətin məbləği məzuniyyətin azaldıldığı müddətə mütənasib olaraq artırılır”.

Son xəbərlər

Orphus sistemi