Ölkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq

Ölkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.
Milli Məclis
3 Noyabr , 2021 11:15
Ölkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq

Ölkə daxilində müalicə, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.

"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Bundan əlavə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi də gəlir vergisindən azad ediləcək.

Azərbaycanda vergi tutulan aylıq gəlirin məbləğinin 2 500 manatadək olan hissəsindən 14 %, (350 manat + 2 500 manatdan çox olan) məbləğindən 25 % dərəcə ilə vergi tutulur.

Son xəbərlər

Orphus sistemi