Novruz Məmmədov Milli Məclis üzvlərinə təşəkkür edib

Novruz Məmmədov Milli Məclis üzvlərinə təşəkkür edib “Mən bütün tövsiyə və təkliflərin, iradların nə qədər əhəmiyyətli olduğunu bilirəm”.
Milli Məclis
15 Mart , 2019 18:03
Novruz Məmmədov Milli Məclis üzvlərinə təşəkkür edib

“Mən bütün tövsiyə və təkliflərin, iradların nə qədər əhəmiyyətli olduğunu bilirəm”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Baş nazir Novruz Məmmədov bildirib.

“Bütün işləri nəzərə alaraq müzakirələr aparılmasını düşünürəm. Bunu bilin ki, bəzi məsələlərlə bağlı artıq işlər gedir. Amma mən söz vermirəm ki, qaldırılan məsələlərin hamısı həll olunacaq. Bununla belə sizə təşəkkürümü bildirirəm və qeyd etmək istəyirəm ki, Azərbaycanda gedən proseslərdə Milli Məclisin böyük rolu var” , - hökumət başçısı qeyd edib. 

Son xəbərlər

Orphus sistemi