Nazir: “Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir”

Nazir: “Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir” “Bu gün bizim xarici dövlət borcumuz o qədər də yüksək deyil”.
Milli Məclis
11 Noyabr , 2021 13:39
Nazir: “Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir”

“Bu gün bizim xarici dövlət borcumuz o qədər də yüksək deyil”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu ildə "Dövlət borcunun idarəedilməsi strategiyası"nın yenilənməsi də nəzərdə tutulur”, - nazir vurğulayıb.

S.Şərifov bildirib ki, Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir: “Məqsədimiz odur ki, xarici dövlət borcunun xüsusi çəkisini azaldaq, daxili dövlət borcunun xüsusi çəkisini isə artıraq”.

Son xəbərlər

Orphus sistemi