​Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başa çatır

​Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başa çatır Seçkiqabağı təşviqatın müddəti sabah - oktyabrın 31-də saat 08:00-da bitir
Milli Məclis
30 Oktyabr , 2015 10:32
​Azərbaycanda deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başa çatır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-nə təyin edilən Mili Məclisə seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin seçkiqabağı təşviqat müddəti oktyabrın 31-də başa çatır.

"Report"un məlumatına görə, sabah təşviqat saat 08:00-dək aparıla bilər.

Təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınan siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

Beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - oktyabrın 9-da başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Son xəbərlər

Orphus sistemi