Musa Quliyev: “Sosial yardım təyin olunarkən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”

Musa Quliyev: “Sosial yardım təyin olunarkən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq” “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliklər vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir”.
Milli Məclis
249
19 May , 2020 16:21
Musa Quliyev: “Sosial yardım təyin olunarkən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliklər vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olunması hissəsi bu layihə ilə ləğv edilir:

"Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla ünvanlı sosial yardım almaq üçün müraciət edə biləcəklər. Həmçinin yeni layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qaldırılmasına xidmət edəcək. Yeni təklifə görə daha çox ailələr ünvanlı sosial yardımdan faydalana biləcək. Yeni layihədə müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Artıq müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarda da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən isə artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”.

Son xəbərlər

Orphus sistemi