Ombudsman təhsilin real vəziyyəti ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini istəyib

Ombudsman təhsilin real vəziyyəti ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini istəyib Bakı. 26 fevral. REPORT.AZ/ Orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilən yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərindən düşünməyi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Milli Məclis
26 Fevral , 2019 17:29
Ombudsman təhsilin real vəziyyəti ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini istəyib

Bakı. 26 fevral. REPORT.AZ/ Orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilən yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərindən düşünməyi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

“Report”un xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub ki, yekun qiymətləndirmənin aparılması bu prosesin mərhələlərə bölünməklə mürəkkəbləşdirilməsinə deyil, əksinə, onun daha da sadələşdirilməsinə xidmət etməli, eyni zamanda müvafiq kontingentə verilən təhsilin real səviyyəsinə uyğun olmalıdır.

Sənəddə bildirilib ki, açıq və qapalı suallardan ibarət yekun qiymətləndirmə və imtahan suallarının sayı ilə onların həllinə ayrılmış vaxt arasındakı uyğunsuzluq şagirdlərə orta məktəblərdə verilən təhsilin obyektiv qiymətləndirilməsinə də mane olur: “Qeyd olunan reallığın nəzərə alınmaması X və XI siniflərdə təhsil alan şagirdlərin repetitorlara üz tutması ilə nəticələnir. Obyektiv nəticənin əldə edilməsi və işlək mexanizmin yaradılması məqsədilə belə taleyüklü ciddi qərarların qəbul edilməsi zamanı müəllimlərdən, mütəxəssislərdən və ekspertlərdən ibarət müzakirələrin keçirilməsi əvəzinə, respublikanın qabaqcıl müəllim heyətinin və valideynlərin fəal iştirakı ilə geniş ümumrespublika müzakirələrinin keçirilməsi daha məqsədəuyğun olardı”.

Məruzədə xatırladılıb ki, müvəkkil hələ ötən dövrlərdə uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsini, bununla yanaşı valideyn və müəllim məsuliyyətinin artırılmasını, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi