MSK-ya daxil olmuş müraciətlərə baxılıb

MSK-ya daxil olmuş müraciətlərə baxılıb Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Milli Məclis
23 Noyabr , 2015 16:13
MSK-ya daxil olmuş müraciətlərə baxılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. “Report”un məlumatına görə, iclasda noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və MSK üzvü Validə Kazımova məlumat verib.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ələddin Abdullayev və 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Gülarə Həmidova həmin dairələr üzrə seçki nəticələrinin ləğv edilməsini xahiş ediblər.

Bildirilib ki, müraciətlər MSK-ya qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməklə göndərilib. Ona görə də şikayətlər geri qaytarılmalıdır. Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi