MSK Xalid Bağırovun müraciətinə baxıb

MSK Xalid Bağırovun müraciətinə baxıb Onun deputatlığa namizədliyi qeydə alınmayıb
Milli Məclis
13 Oktyabr , 2015 16:36
MSK Xalid Bağırovun müraciətinə baxıb

Bakı. 13 oktyabr. REPORT.AZ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Xalid Bağırovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya etdiyi müraciətə baxılıb. “Report”un məlumatına görə, 24 saylı Nizami birinci Seçki Dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Xalid Bağırov DSK-nın qərarının əsassız olduğunu deyib.

DSK qərarında X.Bağırovun seçiciləri aldadaraq imza topladığını əsas gətirərək onun namizədliyini qeydə almayıb. Eskpert Qrupunun araşdırması nəticəsində də imzaların bir hissəsinin aldadılaraq toplanılması üzə çıxıb. Bildirilib ki, X.Bağırovun DSK-ya təqdim etdiyi imzalardan 431-i etibarlıdır və bu da namizədin qeydə alınması üçün kifayət etmir. MSK X.Bağırovun deputatlığa namizədliyini qeydə almayıb.

Son xəbərlər

Orphus sistemi