MSK Vidadi İsgəndərlinin şikayətinə baxıb

MSK Vidadi İsgəndərlinin şikayətinə baxıb Onun şikayəti təmin edilməyib
Milli Məclis
28 Oktyabr , 2015 16:53
MSK Vidadi İsgəndərlinin şikayətinə baxıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında hüquq müdafiəçisi Vidadi İsgəndərlinin şikayətinə baxılıb.

“Report”un məlumatına görə, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyini irəli sürən V.İsgəndərli müraciətində onun seçkiqabağı təşviqat zamanı görüşlər keçirməsinə əngəl törədildiyini bildirib.

O deyib ki, təşviqata yer ayrılmayıb, seçkiqabağı kampaniya aparmasına imkan verilməyib, özü isə polisə aparılıb.

MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində deyilənlərin əsassız olduğu məlum olub. Bildirilib ki, namizədlərin görüşlər keçirməsi üçün 29 yaşayış məntəqəsində tam şərait yaradılıb. Polisin müdaxiləsi məsələsinə gəlincə isə onun keçirdiyi görüşlərdə polislər sadəcə asayişi qoruyublar.

V.İsgəndərli Ekspert Qrupunun araşdırmasına dəvət olunmasına baxmayaraq iştirak etməyib.

MSK bunu əsas götürərək şikayəti təmin etməyib.

V.İsgəndərli qərara etiraz edib, onun araşdırılmaya dəvət olunmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi