​MSK V çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələrini sabah yekunlaşdıracaq

​MSK V çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələrini sabah yekunlaşdıracaq Nəticələr təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək
Milli Məclis
17 Noyabr , 2015 18:13
​MSK V çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələrini sabah yekunlaşdıracaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) V çağırış Milli Məclisə seçkilərin nəticələrini yoxlayıb-yekun vurmaq üzrədir. MSK müvafiq işləri sabah - noyabrın 18-də yekunlaşdıracaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq MSK Katibliyinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

"V çağırış Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması səsvermə günündən ən geci 20 gün keçənədək başa çatmalıdır.

MSK səsvermə protokolları yoxlandıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə həmin müddət artırıla bilər) təsdiq edəcək.

Son xəbərlər

Orphus sistemi