Yuxarı

MSK sədri: "Prezident seçkilər ilə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılacaq"

MSK sədri Məzahir Pənahov
Bakı. 14 fevral. REPORT.AZ/ “Seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsi əsasdır. Yaxın vaxtlarda 1000 məntəqədə veb-kamera quraşdırılacaq. İndiyədək bu məsələdə problem olmayıb”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, prezident seçkilərində səsvermə günü - aprelin 11-də heç bir maneə olmadan proseslər veb-kameralarla izləniləcək: “Həmin gün Mərkəzi Seçki Komissiyasının saytına daxil olanların sayı çox olduğu üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki dəstək verir”.

MSK sədri qeyd edib ki, prezidentliyə namizədliyi irəli sürülənlərə bərabər şərait yaradılacaq: “Tərəfləri Seçki Məcəlləsinin tələblərinə riayət etməyə dəvət edirik. Arzu edirik ki, müraciət edənlərin hamısı qeydə alınsın”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi