MSK sədri: "DSK-lar hər bir vətəndaşın müraciətinə cavab verməlidir"

MSK sədri: "DSK-lar hər bir vətəndaşın müraciətinə cavab verməlidir" Azərbaycanda bütün dairə seçki komissiyaları (DSK) parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir.
Milli Məclis
2 Yanvar , 2020 15:02
MSK sədri: DSK-lar hər bir vətəndaşın müraciətinə cavab verməlidir

"Azərbaycanda bütün dairə seçki komissiyaları (DSK) parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək:

“Həmin tarixə qədər müraciət edən hər bir vətəndaşın müraciətinə baxılmalıdır”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib

Son xəbərlər

Orphus sistemi