MSK sədri: "Deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır"

MSK sədri: "Deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır" Sosial şəbəkədə təşviqatın aparılması Seçki Məcəlləsində nəzərdə tutulmayıb.
Milli Məclis
9 Yanvar , 2020 17:17
MSK sədri: Deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır
Mərkəzi Seçki Komissiyası / Report / Elchin Murad

"Sosial şəbəkədə təşviqatın aparılması Seçki Məcəlləsində nəzərdə tutulmayıb".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Sosial şəbəkələr bugünkü həyatımızı əhatə edir. Hesab edirəm ki, deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır. Seçkiqabağı təşviqat qanunvericiliyə görə, yanvarın 17-dən başlayacaq. Ondan əvvəl isə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”, - MSK sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi