​MSK sabiq deputatın şikayətini qismən təmin edib

​MSK sabiq deputatın şikayətini qismən təmin edib Bildirilib ki, qərar seçki dairəsinin nəticələrinə təsir etməyəcək
Milli Məclis
13 Noyabr , 2015 17:13
​MSK sabiq deputatın şikayətini qismən təmin edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd olan Müsavat Partiyasının üzvü, sabiq deputat İltizam Əkbərlinin şikayətinə baxılıb.

“Report”un məlumatına görə, İ.Əkbərli şikayətində bildirib ki, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı həmin seçki dairəsinin nəticələri ləğv olunmalıdır.

O qeyd edib ki, qanun pozuntusuna yol vermiş şəxslərlə bağlı tədbir görülməlidir: “27 seçki məntəqəsi üzrə qanun pozuntuları baş verib. Normal müşahidənin aparılmasına şərait yaradılmayıb”.

MSK üzvü Tofiq Həsənov deyib ki, araşdırma prosesinə İltizam Əkbərli dəvət olunub. O bildirib ki, İ.Əkbərli təqdim etdiyi faktlarda vaxt göstərməyib: “Onun təqdim etdiyi bəzi faktlar əsasını tapmayıb. Onun təqdim etdiyi video görüntülər də araşdırılıb. Amma orada nə səsvermə kabinəsi, nə də seçki qutusu görünür. Ona görə də ciddi hesab oluna bilməz”.

T.Həsənov qeyd edib ki, amma 38 saylı seçki məntəqəsində səslərin sayılmasında pozuntuya yol verildiyindən həmin məntəqənin nəticələri ləğv olunmalıdır. Qərar səsə qoyularaq, qəbul edilib. Beləliklə, İ.Əkbərlinin şikayəti qismən təmin edilib.

Bilidirilib ki, qərar seçki dairəsinin nəticələrinə təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi