Bakı. 7 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun şikayətinə baxılıb.
"Report"un məlumatına görə, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Ağasif Şakiroğlu MSK-ya şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeyri-qanuni olaraq namizədliyi qeydə alınmayıb.
MSK-da A.Şakiroğlunun müraciətinə baxılıb və şikayəti təmin olunmayıb.