Bakı. 10 oktyabr. REPORT.AZ/
“Report”un məlumatına görə, 29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürən N.Sadıxlı müraciətində onun namizədliyini qeydə alınmaması ilə bağlı DSK-nın qərarına etiraz edib.
MSK katibi Arifə Muxtarova deyib ki, DSK qərarını imzaların yetərli olmaması ilə əsaslandırıb.
MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində də məlum olub ki, N.Sadıxlının DSK-ya təqdim etdiyi imzaların deputatlığa namizədliyi qeydə alınması üçün yetərli deyil. Ona görə Müsavat Partiyasının Məclis sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb.
N.Sadıxlının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-nın qərarına etiraz edib.