MSK Müsavat Partiyası Məclisinin sabiq sədrinin şikayətini təmin etməyib

MSK Müsavat Partiyası Məclisinin sabiq sədrinin şikayətini təmin etməyib Arzu Səmədbəyli DSK-ya 547 imza təqdim edib, onlardan 117-si etibarsız sayılıb
Milli Məclis
28 Sentyabr , 2015 16:41
MSK Müsavat Partiyası Məclisinin sabiq sədrinin şikayətini təmin etməyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Müsavat Partiyası Məclisinin sabiq sədri Arzu Səmədbəylinin şikayətinə baxılıb. 

“Report”un məlumatına görə, MSK üzvü Validə Kazımova deyib ki, 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyası A.Səmədbəylinin deputatlığa namizədliyini qeydə almayıb və o, DSK-nın qərarı ilə bağlı MSK-ya müraciət edib. 

V.Kazımova bildirib ki, A.Səmədbəylinin Dairə Seçki Komissiyasına təqdim etdiyi imzalar yetərli olmayıb. O deyib ki, A.Səmədbəyli DSK-ya 547 imza təqdim edib, onlardan 117-si etibarsız olduğu üçün onun namizədliyi qeydə alına bilməz.

Məsələ səsə qoyularaq qəbul edilib, A.Səmədbəylinin bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi