MSK DSK-ların kompüter mütəxəssisləri üçün treninqlər keçirir

MSK DSK-ların kompüter mütəxəssisləri üçün treninqlər keçirir Treninqlərin oktyabrın 24-də başa çatması nəzərdə tutulur
Milli Məclis
23 Oktyabr , 2015 16:38
MSK DSK-ların kompüter mütəxəssisləri üçün treninqlər keçirir

Bakı. 23 oktyabr. REPORT.AZ/ Milli Məclisə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar genişmiqyaslı layihələr davam etdirilir. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, MSK Milli Məclisə seçkilərə hazırlıq məqsədilə oktyabrın 22-dən etibarən dairə seçki komissiyalarının (DSK) kompüter mütəxəssisləri üçün treninqlərə başlayıb. Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi, onun təkmilləşdirilmiş və yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, həmçinin iştirakçıları maraqlandıran suallara yerindəcə aydınlıq gətirməkdir. Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə edilir ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaq və səsvermə günü “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadə imkanı yaradır.

Treninqlərin 3 gün davam etməsi və oktyabrın 24-də başa çatması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi