MSK deputatlığa namizəd olmaq istəyən şəxsin şikayətini təmin etməyib

MSK deputatlığa namizəd olmaq istəyən şəxsin şikayətini təmin etməyib Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılıb
Milli Məclis
17 Oktyabr , 2015 12:50
MSK deputatlığa namizəd olmaq istəyən şəxsin şikayətini təmin etməyib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, iclasda ilk olaraq MSK-nın 10 oktyabr 2015-ci il tarixli protokolu təsdiq edilib.

Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Bundan əlavə, Milli Məclisə noyabrın 1-nə təyin edilən seçkilərlə bağlı daxil olan müraciətlərə baxılıb.

Namizədliyini Müsavat Partiyasından irəli sürmüş İmamverdi Əliyev Dairə Seçki Komissiyasının onun namizədliyini qeydə almaqdan imtina etməsi barədə qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, Dairə Seçki Komissiyası namizədliyini 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən irəli sürmüş İ.Əliyevin namizədliyini qeydə almamaqda təqdim edilən 450 imzadan 55-nin etibarsız hesab olunmasını əsas gətirib. 

MSK-nın Ekspert Qrupu tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 35 seçici İ.Əliyevə verdiyi imzaların etibarsız hesab olunması ilə bağlı DSK-ya ərizə ilə müraciət edib. Bundan başqa, araşdırma zamanı müəyyən olunub ki, İ.Əliyevin təqdim etdiyi imzadan 4-ü də etibarsızdır. Beləliklə, yerdə qalan 411 imza onun namizədliyinin qeydə alınması üçün kifayət etməyib.

Buna görə də DSK-nın qərarı qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi