Yuxarı

Daha 11 seçki məntəqəsində nəticələr ləğv edildi

​MSK daha 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

774

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

"Report"un məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində səsvermə prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. A.Muxtarova həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermələrin nəticələrinin ləğv olunmasını təklif edib. 

Sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntəqələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsi təklifini irəli sürüb. Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi