MSK: "İndiyədək 2,6 milyon bülleten sayılıb"

MSK: "İndiyədək 2,6 milyon bülleten sayılıb" 125 seçki dairəsi üzrə 4841 seçki məntəqəsi Mərkəzi Seçki Komissiyasına hesabat verib
Milli Məclis
2 Noyabr , 2015 00:14
MSK: İndiyədək 2,6 milyon bülleten sayılıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda parlament seçkilərində səsvermənin nəticələri ilə bağlı 125 seçki dairəsi üzrə 4841 seçki məntəqəsi Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat verib. “Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzindən bildirilib.

Məlumata görə, indiyədək sayılmış bülletenlərin sayı 2 milyon 600 min 730-dur.

Qeyd edək ki, səsvermədə 2 milyon 897 min 188 nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi