MM-in komitə sədri əlavə vəsait istəyib: "Xarici ölkələrə səfərlərimiz artırılmalıdır"

MM-in komitə sədri əlavə vəsait istəyib: "Xarici ölkələrə səfərlərimiz artırılmalıdır" “Xaricdə erməni lobbisini dəstəkləyən qüvvələr Azərbaycana qarşı hücumların sayını artırıb”.
Milli Məclis
7 Noyabr , 2019 16:31
MM-in komitə sədri əlavə vəsait istəyib: Xarici ölkələrə səfərlərimiz artırılmalıdır

“Xaricdə erməni lobbisini dəstəkləyən qüvvələr Azərbaycana qarşı hücumların sayını artırıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən 2020-ci il dövlət büdcəsinin müzakirələri zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri onların susdurulması istiqamətində görüləcək işlərdən, xarici ölkələrə səfərlərin sayının artırılmalı olduğundan danışıb. S.Seyidov bu sahədə xərclərin artırılmasına zərurət olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi