MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcək

MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcək "Ermənistan 30 il ərzində dağıtdığı Azərbaycan şəhərlərində minalar basdıraraq mülki əhalimizə qarşı terror təxribatlarını davam etdirir. Hətta ermənilərin yaşamadığı kiçik ərazilərdə belə qalan infrastrukturu dağıdaraq orada məhz mülki insanlara, gələcək
Milli Məclis
4 İyun , 2021 18:00
MM-in İnsan hüquqları komitəsi Kəlbəcərdəki hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət edəcək

"Ermənistan 30 il ərzində dağıtdığı Azərbaycan şəhərlərində minalar basdıraraq mülki əhalimizə qarşı terror təxribatlarını davam etdirir. Hətta ermənilərin yaşamadığı kiçik ərazilərdə belə qalan infrastrukturu dağıdaraq orada məhz mülki insanlara, gələcəkdə oraya qayıdıb yaşayacaq Azərbaycan vətəndaşlarına qəsd etmək məqsədiylə basdırdığı minalarla terrorçu mahiyyətini bir daha sübut edir".

Bunu "Report"a Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, son günlər sərhəd və hərbi əsir mövzusunu Azərbaycana qarşı beynəlxalq təzyiqin vasitəsinə çevirən qüvvələrin də artıq məsuliyyəti görünməlidir: "Minalar məsələsində hələ ki həmin təşkialtlar heç bir reaksiya göstərmir. Ermənistanın 30 illik işğalı həm də minalar vasitəsiylə beynəlxalq terrorun elementinə çevrilib. Beynəlxaq media qurumlarının, Azərbaycanda müxtəlif məsələlərə reaksiya verənlərin- "Amnest İnternational", "Human Rights Watch", "Sərhədsiz Reportyorlar" kimi təşkilatların Ermənistanın vandallığını pisləməsi, bu məsələdə mövqe qoymağı məsələsi artıq gündəmə gəlməlidir".

Komitə sədri bildirib ki, bu gün Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan Azərbaycanın iki media işçisi və mülki şəxsiilə bağlı Ermənistanın hərbi-siyasi rəhbərliyi rəsmi şəkildə Azərbaycan dövlətindən, xalqından və mərhumların ailələrindən üzr istəməlidir.

Z.Oruc bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsi bugünkü hadisə ilə bağlı dünya parlamentlərinə və beynəlxalq təşkilatlara müraciətlər göndərəcək.

Son xəbərlər

Orphus sistemi