Cinayət Məcəlləsinə dəyişiklik edilir

Cinayət Məcəlləsinə dəyişiklik edilir Bu gün - sentyabrın 9-da Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.
Milli Məclis
1387
9 Sentyabr , 2020 10:16
Cinayət Məcəlləsinə dəyişiklik edilir

Bu gün - sentyabrın 9-da Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.

MM-dən "Report"a bildirilib ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

İclas 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq.

Komitə üzvləri Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş),  “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş),  “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, Cinayət Məcəlləsində,  İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), Əmək Məcəlləsində, “Sağlamlıq imkanlarında məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirə edəcəklər.
 

Orphus sistemi