MM ekstradisiya ilə əlaqədar çəkilən xərcləri saxlanılan şəxsin özünün ödəməsini nəzərdə tutan layihəni qəbul edib

MM ekstradisiya ilə əlaqədar çəkilən xərcləri saxlanılan şəxsin özünün ödəməsini nəzərdə tutan layihəni qəbul edib Bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilib
Milli Məclis
30 Oktyabr , 2018 16:13
MM ekstradisiya ilə əlaqədar çəkilən xərcləri saxlanılan şəxsin özünün ödəməsini nəzərdə tutan layihəni qəbul edib
Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilən xərcləri həmin şəxsin özünün ödəməsini nəzərdə tutan layihə müzakirə olunub.

“Report” xəbər verir ki, bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilib.

Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir: “Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”.

Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilir. Maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Layihədə bildirilib ki, indiyədək bu xərclər dövlət hesabına həyata keçirilib.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi