MM ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimələnməməsini təsdiqləyib

MM ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimələnməməsini təsdiqləyib Milli Məclis ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmamalarını təsdiqləyib.
Milli Məclis
14 fevral 2025 08:07
MM ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimələnməməsini təsdiqləyib

Milli Məclis ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmamalarını təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.

Layihə müzakirədən sonra qəbul edilib.

Son xəbərlər

Orphus sistemi