MM beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumların ləğvi məsələsini təsdiqləyib

MM beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumların ləğvi məsələsini təsdiqləyib Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini I oxunuşda qəbul edib.
Milli Məclis
1 Fevral , 2023 16:25
MM beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumların ləğvi məsələsini təsdiqləyib

Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini I oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunur.

Təklif olunan dəyişikliklə bağlı icazə blanklarının verilməsinə görə dövlət rüsumunun da ləğv olunması nəzərdə tutulur. Bu isə “Dövlət rüsumu haqqında” qanun dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi